İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan 2027-də referenduma gedir  

Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə ədliyyə naziri Qriqor Minasyan bildirib.

Bildirilib ki, müddət ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib.

Nazirin qeyd etdiyi kimi, kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq.

Onun sözlərinə görə, əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərin edilməsi, yoxsa yeni əsas qanunun qəbul edilməsi ilə bağlı mübahisələr olub və sonda ikinci varianta gəliblər.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR