İnsanlara hürriyət, millətlərə istiqlal!

Parubiyin qətlində şübhəli ilk ifadəsini verib – Zelenski

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sabiq Ali Rada sədri Andrey Parubiyin qətli ilə bağlı istintaqın yeni detallarını açıqlayıb.

Dövlət başçısı bildirib ki, saxlanılan şübhəli şəxs artıq ilk ifadəsini verib.

Zelenski qeyd edib ki, bu barədə o, Ukraynanın baş prokuroru Ruslan Kravçenko ilə danışıb. Prezidentin sözlərinə görə, istintaq bütün istiqamətlərdə intensiv şəkildə davam etdirilir:

“Hazırda bu qətlin bütün halları müəyyənləşdirilməsi üçün təxirəsalınmaz istintaq hərəkətləri aparılır. Hüquq-mühafizə orqanlarının bütün komandası və prokurorluq əməkdaşları gecə-gündüz işləyirlər.”

Qeyd edək ki, Parubiy bir neçə gün əvvəl Lvivdə qətlə yetirilmiş, Ukraynanın daxili işlər naziri İqor Klimenko isə sentyabrın 1-nə keçən gecə Xmelnitski vilayətində şübhəlinin saxlanıldığını açıqlamışdı. Nazir vurğulamışdı ki, cinayət əvvəlcədən diqqətlə hazırlanıb, mərhumun marşrutları öyrənilib və qaçış planı düşünülüb.

Saxlanılan şəxsin ilk ifadəsi istintaqın gedişində mühüm rol oynayacaq və qətlin sifarişçilərinin müəyyənləşdirilməsinə yol aça bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR