İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyalar deputatlığa namizədlərini müəyyənləşdirir

YAP siyahını bir neçə günə elan edəcək; hakim partiya bəzi dairələrdə müstəqil namizədləri dəstəkləyəcək

İyulun 1-dən 1 sentyabr növbədənkənar parlament seçkilərinə rəsmən start verilib. Bununla bağlı Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il iyunun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, əvvəlcə sədr Məzahir Pənahov komissiya üzvlərini Azərbaycan Respublikası Prezidentinin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı ilə tanış edib və bildirib ki, dövlət başçısının sərəncamı ilə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin olunub. Sonra seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl, sistemli və keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə seçki prosesinin bütün başlıca mərhələlərini əhatə edən zəruri məqamların əks olunduğu təqvim planı komissiya üzvlərinin müzakirəsinə təqdim edilib. Sözügedən mühüm seçki sənədinin hər bir hissəsi ayrı-ayrılıqda diqqətə çatdırılıb və aparılan müzakirələrin ardınca təsdiq olunması qərara alınıb.

İclasda daha sonra qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

Komissiyanın iclasında, həmçinin deputatlığa namizədliyin qeydə alınması məsələsinə MSK-da baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə komissiya nəzdində aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və MSK-nın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

MSK bəyan edib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar birmandatlı seçki dairəsi üzrə deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb.

MSK katibi Arifə Muxtarova deyib ki, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər: “DSK-lar isə sənədlərin seçki komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edirlər”.

Bəs siyasi partiyalar namizədlərini dəqiqləşdirib və irəli sürüblərmi? Partiyalar namizədlər siyahısını nə zaman açıqlayacaq? Hansı partiyalar artıq seçkidə iştirak qərarı verib? 

YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP  İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.

Yeni siyahıda hazırkı deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövrlərdə olduğu kimi  bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyə bilər”.

Arzuxan Əlizadə Avropa Parlamentinə seçkiləri müşahidə edəcək - DƏVƏT -  AKTOR.az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın namizədləri demək olar dəqiqləşdirilib: “Bəzi dairələrdə üst-üstə düşən namizədlərimiz var, indi bu məsələləri tənzimləyirik. Bəzi texniki prosedurlar da qalıb ki, onları da həll edəcəyik və həftə ərzində Siyasi Şuranın iclası olacaq, iclasda həm partiyanın namizədləri açıqlanacaq, həm də seçkidə hansı formada iştirak edəcəyi ilə bağlı qərar olacaq. Qərarlarımızı mediaya açıqlayacağıq”. 

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, təxminən 25 nəfərdən ibarət namizədlər siyahısı hazırdır. Hazırda dəqiqləşdirmələr gedir: “Həm namizədlərin özlərinin qəti qərarını almaq istəyirik, həm müxtəlif dairələrdəki vəziyyəti müzakirə edirik. Ona görə də məsələ bir qədər ləngiyir. Hələ başqa partiyalardan kimlərin hansı dairələrdən namizəd olacağı məlum deyil. Bu məsələləri də dəqiqləşdirmək lazımdır. Bu həftə ərzində düşünürük ki, Siyasi Şuranın iclasını keçirək, həm siyahını tam dəqiqləşdirək, həm də seçki məsələləri ilə bağlı tapşırıqları verək, sənədlərimizi hazırlayaq, qərarımızı verək ki, namizədlərimiz partiya siyahısı ilə seçkiyə gedəcək, yoxsa fərdi qaydada gedəcəklər. Namizədlərimiz mütləq olacaq”. 

Pənah Hüseyn: "Pensiya üçün sənədlərimi nazirliyə təqdim edəcəm" -  GlobalInfo.az

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, partiyanın səlahiyyətli nümayəndələrini müəyyənləşdirib iyulun 2-də MSK-ya təqdim edəcəklər: “Həftənin sonuna kimi isə namizədləri müəyyənləşdirib müvafiq dairələrdən irəli sürməyi planlaşdırmışıq”.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

 Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, namizədlər dəqiqləşdirilir. Tam hazır olanda məlumat veriləcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd etdi ki, rəhbərlik etdiyi partiya seçkidə iştirak qərarını verib. Partiya adından deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin siyahısı və dairələrin, eləcə seçki prosesində iştirak edəcək müşahidəçi və səlahiyyətli nümayəndələrin müəyyən edilməsi ilə bağlı işçi qrupu yaradılıb. 

Zengezur turk dunyasini birlesdiren korpudur” – Kamran Məmmədli

Kamran Məmmədli 

AĞ Partiyanın seçki qərargahının rəhbəri Kamran Məmmədli bildirdi ki, iyulun 1-də partiyanın nümayəndələri Mərkəzi Seçki Komissiyasına ilkin sənədləri təqdim ediblər. Partiyanın yüzə yaxın səlahiyyətli nümayəndələri müəyyən olunub və həmin nümayəndələrin sənədləri, müvafiq siyahısı MSK-ya günün birinci yarısı təqdim olunub: “MSK-dan bizə cavab gəlməlidir, səlahiyyətli nümayəndələr təsdiqlənməlidir. Bundan sonra isə dairə seçki komissiyalarına AĞ Partiyanın namizədlərinin sənədləri təqdim olunacaq. Partiyanın hazırda minimum 30-a yaxın namizədi partiyada təsdiqlənib, partiyaya yüzə yaxın şəxsdən namizəd olmaq üçün müraciət var. Bunların arasında seçim gedir. Bundan sonra da 30-a yaxın namizədimiz müəyyənləşəcək. Çox güman ki, təxminən 60 namizədimiz irəli sürüləcək. Bu məsələ qarşıdakı iki-üç gün ərzində həyata keçiriləcək”.

Natiq Cəfərli: “Kresloda oturanların yatağında uzanırsan, vəssalam, ev,  maşın, hörmət, Azərbaycansayağı “uğur hekayəsi” qurursan...” Pravda.az

 Natiq Cəfərli 

Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd edib ki, partiyanın sənədləri artıq hazırdır: “Partiyanın səlahiyyətli nümayəndələrinin siyahısını MSK-ya təqdim etmişik. Çox operativ şəkildə siyahını təsdiqlədilər. Həm də siyahını bir çox seçki dairəsinə göndərmişik. İyulun 2-də prosesi yekunlaşdıracağıq”.

Bu bəladan fərdi şəkildə qorunmaq mümkün deyil - Yaşar Kələntərli

Yaşar Kələntərli

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti isə iyulun 6-da partiyanın Ali Məclisinin çağırılması barədə qərar qəbul edib. Partiyanın baş katibi Yaşar Kələntərli bununla bağlı açıqlama verib: “Biz mövcud şəraitdə erməni işğalına son qoymuş hakim partiyanın resurslarını nəzərə alaraq çox istərdik ki, iqtidar ölkəmizin imicini və milli maraqları nəzərə alaraq, çoxpartiyalı siyasi sistemin inkişafı naminə 83-dən artıq dairədə öz namizədini irəli sürməsin. Bəzi ölkələrin qanunvericiliyində təsbit olunub ki, heç bir partiya və ya seçki bloku parlamentdə yerlərin üçdə ikisindən (2/3-dən) çoxunu tuta bilməz. İmkan yaradılsın ki, digər partiyalarda formalaşmış peşəkar siyasətçilər Milli Məclisə seçilə bilsin, parlament çoxpartiyalılıq prinsipi əsasında formalaşsın və fəaliyyət göstərsin, Milli Məclisdə heç olmasa bir müxalifət fraksiyası olsun. 

Əgər Ali Məclis partiyanın öz namizədləri ilə seçkiyə qatılması barədə qərar qəbul edərsə, biz başqa partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparacaq və cəhd edəcəyik ki, mümkün qədər digər partiyaların tanınmış şəxsləri ilə eyni dairədən namizədlər irəli sürməyək. Ali Məclis öz namizədlərimizlə seçkiyə qatılmağı məqbul saymasa, biz digər müxalifət partiyalarından namizədliyi irəli sürülmüş, yaxud müstəqil namizəd olan vicdanlı və peşəkar siyasətçiləri müdafiə edəcəyik".

Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın 1-ci bəndinə uyğun olaraq birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi Prezidentin sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır və bir neçə həftə ərzində davam edir.

Şahin Əsədli: "Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 371 seçici var"

Şahin Əsədli

MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsinə müdiri Şahin Əsədli Axar.az-a deyib ki, namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər seçki dairəsinə təqdim edildikdən sonrakı 5 gün ərzində təsdiq edilib-edilməməsi barədə qərar qəbul olunur: “Namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması 13 iyul tarixində başlayır, 2 avqust, saat 18:00-da isə başa çatır. Namizədliyi irəli sürmək ayrı hüquqi institutdur, qeydə alınması başqa. Namizədliyini irəli sürmək istəyən şəxs müvafiq dairə seçki komissiyasına yaxınlaşaraq hazır formanı doldurur. Doldurulan formaya 5 gün ərzində baxılır, qərar verilir ki, bu şəxs deputatlığa namizədliyini irəli sürə bilər, ya yox. Təsdiq olunduğu halda imza vərəqələri verilir. İmza toplanıldıqdan sonra isə müvafiq seçki sənədləri dairə seçki komissiyasına təqdim olunur. İmza vərəqələri və seçki sənədlərinin təqdim edilməsi üçün müddət avqustun 2-si başa çatır. Bu proses üçün sənədləri iyulun 13-dən tez, avqustun 2-dən isə gec verə bilməzsiniz. Namizədin qeydə alınması başa çatdıqdan sonra isə 9 avqust tarixində seçkiqabağı təşviqatın aparılması başlanır və avqustun 31-i saat 08:00-da dayandırılır. Bununla bağlı Təqvim Planının 1, 2, 15, 27 və digər bəndlərində ətraflı məlumat var”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR