İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sponsoru: “Mühafizəkarlar partiyası Böyük Britaniyanı idarə etmək üçün uyğun deyil”

Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının aparıcı donorlarından biri, “Terra Firma” özəl sərmayə şirkətinin rəhbəri və baş investisiya direktoru Qay Hends Böyük Britaniyanı "Avropanın xəstə adamı" adlandırıb.

Onun sözlərinə görə, Mühafizəkarlar Partiyası ölkəni idarə etmək üçün uyğun deyil. “Düşünürəm ki, o, öz daxili çəkişmələri ilə mübarizə aparmaqdan uzaqlaşmalı, iqtisadiyyata köklənməli və son 6 ildə etdikləri bəzi səhvləri etiraf etməlidir”,-deyə o, söyləyib.

Britaniyalı investorun fikrincə, “Breksit” bir çox problemlərin katalizatoruna çevrilib. “Reallıq bundan ibarətdir ki, onlar (Mühafizəkarlar) “Breksit-ə gedəndə aşağı vergi və imtiyazları olan bir iqtisadiyyat xəyal edirdilər. Baş nazir Liz Trass bu siyasəti həyata keçirməyə çalışdı, amma nəticə vermədi. Bunu həqiqətən edə bilməyəcəyinizi etiraf etdikdən sonra “Breksit” prosesinin səhv olduğu ortaya çıxdı və bu da Böyük Britaniyanı yalnız fəlakətli iqtisadi vəziyyətə salacaq”,-deyə o, qeyd edib.

Partiya sponsorunun qənaətinə görə, ölkənin qurtulması üçün həqiqi intellektual qabiliyyətə və səlahiyyətə malik olan bir nəfərin sükan arxasına keçməsi lazımdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR