İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin iclası başlayıb - spiker İsveçrə səfərindən danışıb

Milli Məclisin növbəti plenar iclası başlayıb. Spiker Sahibə Qafarova əvvəlcə rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrəyə səfəri barədə deputatları və medianı məlumatlandırdı.

Spiker bildirdi ki, Azərbaycan dövləti İsveçrə ilə əməkdaşlığa önəm verir. Nümayəndə heyətinin İsveçrədə keçirdiyi görüşlər barədə danışan spiker bildirdi ki, bu ölkənin ali şəxsləri dövlətimizin ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini bildiriblər, Azərbaycanla münasibətlərə önəm verdiklərini qeyd ediblər. Bildirdi ki, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq müzakirə mövzusu olub. Həmçinin Azərbaycanın 44 günlük müharibənin yekunundca qazandığı zəfər, erməni vandallarının törətdiyi cinayətlər barədə də danışdığını deyən sədr Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu bildirib.

S.Qafarova Azərbaycanın İsveçrədəki səfirliyində olduğunu da söylədi. Səfərin uğurlu keçdiyini bildirərək, həmkarlarına təşəkkür etdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR