İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə iş yerlərində ölüm hallarının olması məsələsi qaldırılıb

“Əməyin mühafizəsi və əmək münasibətləri məsələləri komitənin əsas hədəfləri arasındadır. Buna da ciddi fikir verməliyik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

“Çünki Prezidentin sərəncamı ilə yoxlamalar müəyyən müddətə dayandırılıb, bu da sahibkarlığın inkişafı ilə əlaqəlidir. Lakin bizə müəyyən şikayət ərizələri və müraciətlər daxil olur ki, işçilərin əmək hüququnun qorunması, o cümlədən əməyin mühafizəsi, təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarətlər, ölüm halları baş verir. Bunların araşdırılması, lazım gələrsə qanunvericiliyə müvafiq dəyişikliklərin təklif olunması məqsədilə dinləmələrin keçirilməsi faydalı olar” - M.Quliyev əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR