Onlayn ictimai-siyasi qəzet
Avqustun 14-də ATƏT-in Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərinin Müşahidə Missiyasının uzunmüddətli müşahidəçiləri Tomas Huq və Laura Villalba ilə “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının üzvləri arasında görüş keçirilib.
Musavat.com xəbər verir ki, görüşdə D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı və ekspertlər- sosioloq Əhməd Qəşəmoğlu və politoloq Adəm İsmayıl Bakuvi iştirak ediblər.
Görüşdə bu il sentyabrınının 1-də Azərbaycanda Milli Məclisə keçirilən deputat seçkiləri ilə bağlı geniş müzakirə aparılıb. Koalisiya üzvləri diqqətlə izlədikləri seçkiqabağı proses barədə öz mülahizələrini bildiriblər, ATƏT nümayəndələri ilə fikir mübadiləsi ediblər.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ