İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisi, Romanı unudun - dünyanın ən bahalı 10 şəhəri - SİYAHI 

İsveçrədə Julius Baer adlı özəl bank 2023-cü ildə dünyanın ən bahalı şəhərlərinin siyahısını hazırlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, siyahıda zəngin insanların yaşaya biləcəyi 10 ən bahalı şəhərin adı açıqlanıb. Bank siyahını tərtib edərkən həmin şəhərlərdəki avtomobilləri, biznes klas uçuşlarını, yaşayış yerlərini, məktəb və yemək kimi dəbdəbələri nəzərə alıb.

Sinqapur 2023-cü ildə dəbdəbəli yaşayışa görə ən bahalı şəhər siyahısına liderlik edir. Ötən il beşinci yerdə qərar tutan Sinqapur Şanxayı zirvədən aşağı salmağı bacarıb.

Siyahıda 2-ci yerdə Şanxay, 3-cü yerdə isə Honq Konq yer alır.
Bankın araşdırmalarına görə növbəti 7 sıralamadakı ən bahalı şəhər ardıcıllığı isə belədir: London (İngiltərə), Nyu York (ABŞ), Monako (Monako), Dubay (BƏƏ), Taybey (Tayvan), San-Paulu (Braziliya), Mayami (ABŞ).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR