Onlayn ictimai-siyasi qəzet
“Aqro-bomba” adlanan partlaycı maddənin partlaması nəticəsində Parisdə 7 polis yaralanıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Fransa paytaxtının polis prefekturası məlumat yayıb.
Bildirilir ki, xuliqanlar Parisdə 1 May nümayişinin təhlükəsizliyinə nəzarət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına güclü partlayıcı paket atıblar.
Xəsarət alan bütün polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, karvan boyu demək olar ki, əvvəldən aqressiv vətəndaş qrupları mağazaların vitrinlərini, avtobus dayanacaqlarının şüşələrini sındırıb, zibil qutularını yandırıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələr atıblar. Polis gözyaşardıcı qazdan istifadə edib, kütlələri dağıtmaq və xuliqanları saxlamaq üçün qalxan və dəyənəklərə əl atıb. Naməlum şəxslərin atdığı ağır əşyaların yıxılması və ya onlara dəyməsi nəticəsində bir neçə nəfər xəsarət alıb. Könüllü həkimlər zərərçəkənlərə yerindəcə köməklik göstəriblər.
İlkin məlumatlara görə, Parisdə nümayiş başlayandan bəri 29 nəfər saxlanılıb.
Musavat.com
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ