İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu nəticənin ardından Azərbaycan Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR