Onlayn ictimai-siyasi qəzet
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulub, basketbol “dördlüy”ü növbəti sınağına çıxıb.
Yığmamız Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunur.
İdmançılarımızdan 28-i artıq Olimpiadaya start verib. Onlardan ikisi - cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Fransa paytaxtında çempion olmaqla Azərbaycan himnini səsləndiriblər. Boksçu Alfonso Dominqes isə yarımfinala yüksəlməklə medalı təmin edib.
Digər milli üzvlərindən 24-ü Paris-2024-lə vidalaşıb. Alfonso mübarizəsini davam etdirir. İki proqramda çıxış edəcək Ruslan Lunyov isə növbəti sınağı gözləyir.
25 iyul
Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finalda iştirak edəcək
27 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət
Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer
Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət
28 iyul
Yaşar Nəcəfov (cüdo, 66 kq) – 1/16 finalda məğlubiyyət
Gültac Məmmədəliyeva (cüdo, 52 kq) – 1/16 finalda məğlubiyyət
Alfonso Dominqes (boks, 92 kq) – 1/4 finala yüksəlib
29 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 2 məğlubiyyət
Hidayət Heydərov (cüdo, 73 kq) – qızıl medal qazanıb
Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda məğlubiyyət
Məhəmməd Abdullayev (boks, +92 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə
Malik Həsənov (boks, 63,5 kq) – 1/8 finalda məğlubiyyət
30 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 1/4 finalda qrupda 4-cü yer, C/D yarımfinalın adlayıb
Zelim Tçkayev (cüdo, 81 kq) - 1/16 finalda məğlubiyyət
Ramil Vəlizadə (üzgüçülük, 200 m, batterflyay) - təsnifat mərhələsində qrupda 2-ci, yekunda 25-ci yer
Nicat Hüseynov (boks, 51 kq) – 1/8 finalda məğlubiyyət
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finala yüksəlib
Yaylagül Ramazanova (kamandan oxatma) – 1/16 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 məğlubiyyət
31 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – C/D yarımfinalında 3-cü yer, C finalına yüksəlib
Rostislav Pevtsov (triatlon) – 43-cü yer
Elcan Hacıyev (cüdo, 90 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə 1 məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 məğlubiyyət, 1 qələbə
1 avqust
Zelim Kotsoyev (cüdo, 100 kq) – qızıl medal qazanıb
Alfonso Dominqes (boks, 92 kq) – yarımfinala yüksəlib
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 qələbə, 3 məğlubiyyət
2 avqust
Uşanqi Kokauri (cüdo, +100 kq) – 7-ci yer
Selcan Maqsudova (batut gimnastikası) – 10-cu yer
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 2 qələbə, 4 məğlubiyyət
3 avqust
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 17-ci yer
Məryəm Şeyxəlizadəxəngah (üzgüçülük, 50 m, sərbəst üsulla) – 35-ci yer
Qadın basketbolçulardan ibarət 3x3 millisi – əsas mərhələdə 7-ci
Qeyd edək ki, Olimpiadaya avqustun 11-də yekun vurulacaq.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ