Onlayn ictimai-siyasi qəzet
""Pirls 2021" qiymətləndirmə nəticələri elan edilib. Bu tədqiqat COVID təsirlərini ölçməyə yönəlib. Gözlənildiyi kimi, qlobal təhsil nəticələrində geriləmə müşahidə edilib".
Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. Onun sözlərinə görə, qiymətləndirmədə Azərbaycan daxil olmaqla, 65 ölkə iştirak edib: "Ümumilikdə, 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb".
Nazir qeyd edib ki, COVID təhsilə ciddi təsir edib: "2026-cı ildə keçiriləcək növbəti "Pirls"in nəticələri açıqlananda biz biləcəyik ki, itirdiklərimizi bərpa etmişik, ya yox. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb".
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ