İnsanlara hürriyət, millətlərə istiqlal!

Panama kanalı rəhbərliyi ABŞ hökumətinin iddiasını təkzib etdi

ABŞ Dövlət Departamentinin məlumatına görə, Panama hakimiyyəti ABŞ-a məxsus gəmilər üçün Panama kanalından keçid rüsumunu ləğv edib. 

"Dövlətə məxsus gəmilər artıq Panama kanalından ödənişsiz keçə biləcək. Bu isə ABŞ hökumətinə hər il milyonlarla dollar qənaət etməyə imkan verəcək", – deyə qurumun sosial şəbəkə hesabında bildirilir.

Musavat.com xəbər verir ki, Panama Kanalının rəhbərliyi bu iddianı təkzib edib.

"ABŞ Dövlət Departamenti tərəfindən yayılan məlumata cavab olaraq bildiririk ki, Panama Kanalı rəhbərliyi keçid rüsumları və digər ödənişlərlə bağlı heç bir dəyişiklik etməyib", – deyə qurumun bəyanatında qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR