Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Panama kanalını “geri almaq” niyyətində olduğu barədə bəyanatından sonra Panama Baş Audit İdarəsi Honkonqda yerləşən “Hutchison Ports” ilə bağlı araşdırmaya başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Honkonqda yerləşən şirkət Böyük Britaniya və Almaniya da daxil olmaqla, 24 ölkədə 53 limanı, həmçinin Panama kanalının hər iki tərəfindəki limanları idarə edir.
Honkonq şirkəti limanları idarə etmək hüququnu 1997-ci ildə alıb və onun güzəşt müddəti 2021-ci ildə uzadılıb.
Qeyd edək ki, Tramp məhz buna görə “Çin Panama kanalına nəzarət edir” ifadəsini işlədib.
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ