İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib

Pakistanın Kəraçi şəhərində terrorçuların polis idarəsinə silahlı hücumu nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, silah və partlayış səslərinin eşidildiyi əraziyə polis snayperləri yerləşdirilib, bütün işıqlar söndürülüb. Məlumata görə hücumun əvvəlində binanın daxilində bir neçə kiçik partlayışdan sonra güclü partlayış səsi eşidilib.

Talibanın Pakistandakı qolu – Təhrik-i-Taliban Pakistan (TTP) terror təşkilatı jurnalistlərə göndərdiyi mesajda hücuma görə məsuliyyəti üzərinə götürüb.

Binaya azı 5 terrorçunun daxil olduğu, hücum zamanı idarədə azı 30 polisin olduğu bildirilib.

Ərazidə nəqliyyatın hərəkəti məhdudladırılıb, hadisə yerinə təhlükəsizlik qüvvələrinin ağır texnikası və hərbçilər cəlb edilib.

Hücumun davam etdiyi bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR