İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın baş naziri bu gün Türkiyəyə gedəcək

Pakistanın baş naziri Şahbaz Şərif zəlzələ ilə bağlı dəstəyini və həmrəyliyini ifadə etmək üçün bu gün Türkiyəyə gedəcək.

AZƏRTAC xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Şahbaz Şərif Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək zəlzələnin səbəb olduğu çoxsaylı insan tələfatı və miqyaslı dağıntılarla əlaqədar Pakistan xalqının başsağlığını çatdıracaq.

Baş nazir, həmçinin təbii fəlakətdən zərər çəkən bölgələri ziyarət edəcək, zəlzələ zonasında fəaliyyət göstərən pakistanlı xilasedicilərlə və yerli sakinlərlə görüşəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR