İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda təbii fəlakət qurbanlarının sayı artır

Pakistanın Heyber Paxtunxva əyalətində güclü yağışlar daşqınlara səbəb olub. Ölkənin əyalət üzrə Fəlakətləri İdarəetmə İdarəsi sel nəticəsində ölən və yaralananların sayının artdığını açıqlayıb.

“Lakki Marvat, Kirk və Bannuda güclü tufan və yağışlar nəticəsində 27 nəfər ölüb, 146 nəfər yaralanıb”, - qurumun yerli ofisinin bəyanatında deyilir.

Açıqlamada 69 evə ziyan dəydiyi, yaralıların xəstəxanaya aparıldığı bildirilir.

Mənbə: Haber Global

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR