Onlayn ictimai-siyasi qəzet
"İlhamə xanımın müsbət cəhətləri və kaprizləri var idi. Kaprizlərini insan kimi başa düşürdüm. Uşaqlıqdan ərköyün böyümüşdü, eqoistliyi də çox idi. Diqqət mərkəzində olmağı, sevilməyi xoşlayırdı".
Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişində mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı danışarkən deyib. Sənətçi dostluqlarının aralarında yaşanan problemdən sonra başladığını bildirib:
"Ona hər zaman kiçiklik etməyə çalışırdım və edirdim. Anam 39-cu ildən idi. O da 41-ci ildə dünyaya gəlmişdi. Yaşını nəzər alaraq ona bir ana kimi davranırdım. Amma özünə ana desəydim, acığına gələrdi. Özünü bizimlə rəfiqə kimi aparırdı. Tək qalanda nələr çəkdiyini, yaşadığını bilirdim. Üzdə özünü sındırmırdı, amma qəm içində idi. Bizim onunla yaxınlığımız böyük bir problem yaşadıqdan sonra oldu. Böyük çaxnaşma olmuşdu. Savadlı qadın idi, oturub düşünərdi. Bildi ki, qarşısındakı haqlıdır və özü addım atdı, barışdıq.
Anası Tükəzban İsmayılovanın da, mənim də ad günüm dekabrın 21-dədir. Hər anasının doğum günündə məni də yanında görmək istəyirdi".//Axşam.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ