İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü deputat kimi təqdim etdi: Hacı Xaliq Bəşər həbs olundu

AMEA-nın Fəlsəfə və hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.

Musavat.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, Xaliq Əhmədzadə (hacı Xaliq Bəşər) İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və məhkəmənin qərarı ilə 30 gün müddətində həbs olunub.

Xaliq Bəşər idarə etdiyi "Toyota Prado" avtomobili ilə Quba istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılıb. Yol polisi xidmətinin (YPX) əməkdaşları sürücüyə 9 707 manat cərimə borcunun olduğunu və avtomobilin duracağa aparılacağını bildiriblər. Sürücü polis əməkdaşlarına cərimələrdən xəbərsiz və onların qanunsuz olduğunu, məhkəməyə müraciət edərək sildirəcəyini deyib.

YPX əməkdaşları avtomobili duracağa aparmaqda təkid ediblər. Xaliq Əhmədzadə hüquq elmləri doktoru, beynəlxalq elm və mədəniyyət mərkəzinin sədri, müstəqil hüquqşünaslar liqasının sədri və hüquq müdafiəçisi olduğunu, həmçinin 2005-2010-cu illərdə deputat olduğunu deyərək, YPX əməkdaşlarının rəhbərliyi ilə əlaqə saxlamaq istəyib.

Polislər dəfələrlə sürücüyə sənədlərini təqdim etməsini bildirsələr də, sonuncu özünü Milli Məclisin deputatı Azay Quliyev kimi təqdim edərək onlara tabesizlik göstərib. Nəticədə müxtəlif bəhanələrlə iki saat müddətində YPX əməkdaşlarının xidməti fəaliyyətini pozub. Nəhayət, güclü yağış başladıqdan sonra Xaliq Bəşərin avtomobili YPX əməkdaşlarının müşayiəti ilə Quba Rayon Polis Şöbəsinin duracağına yerləşdirilib.

Aparılan araşdırma zamanı Xaliq Bəşərin "Toyota Prado" avtomobilini sürmək üçün etibarnaməsinin olmadığı və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı üzə çıxıb.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında Xaliq Bəşər dələduzluqda ittiham edilərək həbs olunmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR