Onlayn ictimai-siyasi qəzet
Özünü çoxuşaqlı ata kimi göstərmək istəyən ukraynalı sərhəddə saxlanıldı
Musavat.com xəbər verir ki, saxta sənədlərə 120 min Ukrayna Qrivnası (təxminən 550 manat) xərcləyən 30 yaşlı kişi Polşa ilə sərhəddə saxlanılıb. O, Ukraynada davam edən savaşdan yayınmaq üçün bu yola əl atıb. "Şeqini" keçid məntəqəsində saxlanılan həminşəxs sənədləri internetdə tanış olduğu adamdan aldığını bildirib.
Sənədlərdə onun 3 uşaq atası olduğu göstərilsə də, uşaqların doğum haqqında şəhadətnamələrinin yoxlanılması zamanı adamın sadəcə 1 uşağının olduğu üzə çıxıb.
Musavat.com
01 Iyun 2023
31 May 2023
ŞƏRHLƏRŞƏRH YAZ