Onlayn ictimai-siyasi qəzet
"Tələbəyə qiyməti onların biliyinə görə verilə bilər, geyim, imicinə görə deyil!"
Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert qeyd edib ki, tələbə çimərlik və ya ziyafət geyimində dərsə gəlməyibsə, müəllimin onu təhqir etməsi, dərsə buraxmaması yolverilməzdir:
"Bir neçə gündür ki, Azərbaycan Tibb Universitetində tələbə geyimi ilə bağlı yaranan ajiotaj səngimir. Tələbənin tələbə geyimi olar, bu, başqa məsələ, amma tələbə indi çimərlik və ya ziyafət geyimində dərsə gəlməyibsə, hansısa müəllimə haqq verilmir ki, tələbəni təhqir etsin, dərsinə buraxmasın. Müasir təhsil, müasir yanaşmadan məlumatsız olan və 1-2 aylıq təcrübə ilə özlərini "uzman Qılman" elan edənlər, başa düşməlidir ki, tələbəyə qiyməti onların biliyinə görə verə bilərsiniz, geyim, imicinə görə deyil!"
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ