İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda üzü gizlədən paltar geymək qadağan edilir

Özbəkistanda ictimai yerlərdə vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə inzibati məsuliyyət tətbiq edilib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, qanun bilavasitə "Təhlükəsiz şəhər" konsepsiyası çərçivəsində informasiya proqramlarının həyata keçirilməsi ilə bağlıdır. Özbəkistan parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, palatanın plenar iclasında İnzibati Xətalar və Cinayət məcəllələrinə əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi qəbul edilib. Qanun layihəsi təsdiq olunmaq üçün Senata göndərilib.

“İctimai yerlərdə vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə inzibati məsuliyyət tədbiri tətbiq edilir”, - parlamentin aşağı palatasının bəyanatında deyilir.

Tibbi səbəblərə görə üzü örtən, eləcə də iş və xidmət fəaliyyəti ilə bağlı hallarda idman və mədəni tədbirlər iştirakçılarının geyindiyi geyimlər istisnadır.

Layihənin tətbiqi nəzərdə tutulan məsuliyyət tədbirləri bir sıra xarici ölkələrdə, o cümlədən Fransa, Avstriya, Danimarka, Belçika, Bolqarıstan, İsveçrə, Mərakeş, Qazaxıstan, Hindistan, İndoneziyada tətbiq olunur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR