Onlayn ictimai-siyasi qəzet
Özbəkistanda Xanabad şəhərini Qırğızıstanın Cəlalabad vilayətinin Bekabad kəndi ilə birləşdirən iki yeraltı tuneldən qaçaqmalçılıq yolu ilə yüklərin keçirilməsi ilə bağlı cinayət işi üzrə hökm çıxarılıb.
Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, bu tunellər qeyri-qanuni olaraq mobil telefonlar, planşetlər, aksessuarlar və qızılların daşınması üçün istifadə olunub.
Ötən ilin martında hüquq-mühafizə orqanlarının əməkdaşları Qırğızıstan vətəndaşının təşkil etdiyi cinayət sxeminin üstünü açıb. O, bir qrup Özbəkistan vətəndaşı ilə əlbir olub və iştirakçılar arasında tapşırıqlar paylayaraq onların hərəkətlərini əlaqələndirib. Qaçaq malların daşınması üçün 300-350 metr uzunluğunda, 18-20 metr dərinlikdə yerləşən yeraltı tunellərdən istifadə edilib.
Əndican şəhər məhkəməsi Qırğızıstan vətəndaşını qaçaqmalçılıqda və dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib, onu 6 il müddətinə azadlıqdan məhrum edib. Qaçaqmalçı ilə əlbir olan 3 Özbəkistan vətəndaşı da həbs edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ