İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Qətəri TransƏfqan dəmiryolunun tikintisinə cəlb etmək istəyir

Özbəkistan hökuməti Qətəri “Tərmiz-Məzari-Şərif-Kabil-Pişəvər” Trans-Əfqan dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsinə cəlb etməyi planlaşdırır.

Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Özbəkistanın nəqliyyat departamentinin rəhbəri İlhom Mahkamov və Qətərin nəqliyyat nazirinin müavini Həmid Iso Abdullo Daşkənddə danışıqlar apararaq ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər: “Xüsusən tərəflər Qətər dövlətinin Trans-Əfqan Dəmiryolunun tikintisi layihəsinin həyata keçirilməsində iştirakının təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”.
Bildirilir ki, danışıqlar zamanı Özbəkistan Dəmir Yolları şirkəti Qətər nümayəndə heyəti üçün bu layihənin təqdimatını keçirib.
Qeyd edək ki, 2021-ci ilin əvvəlində Özbəkistan, Əfqanıstan və Pakistan Daşkənddə Termiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun tikintisi üzrə yol xəritəsi imzalayıb. Layihənin dəyəri 5 milyard dollar həcmində qiymətləndirilir. Avropa İttifaqı, Rusiya, Özbəkistan, Əfqanıstan, Pakistan, Hindistan və Cənub-Şərqi Asiya ölkələrini birləşdirəcək yeni nəqliyyat dəhlizinin tranzit potensialı, ekspertlərin hesablamalarına görə, təxminən ildə 20 milyon ton yük təşkil edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR