Onlayn ictimai-siyasi qəzet
"İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası"nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Şıx çimərliyində ilan gördüyünü bildirib.
Musavat.com xəbər verir ki, QHT sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Dünən havanın istisinə sevincək olub Şıxov çimərliyinə üz tutduq. Çimərliyin bağlanmasına 2 saat qalmış, 6 nəfərə 180 manat verib tələm-tələsik dənizə qaçdıq. Millət hovuzda çimirdi, dənizdə isə bizdən başqa tək bir oğlan vardı. Biz 6 qadın... şok keçirdik... Dənizdə İradə xanımın qoluna ilan sarıldı. Təsəvvür edin, nə hala düşdük... Köməyə gələn oğlan ilanın başından tutub dənizdən çıxardı. Oğlan olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik. Qışqırmaqdan da səsimiz batıb.
Bu oğlan bizim qəhrəmanımız oldu. Adını bilmədiyimiz bu oğlana təşəkkür edirik! Allah onu qorusun!"
Musavat.com
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ