İnsanlara hürriyət, millətlərə istiqlal!

“Amerikalıların məqsədi Türkiyə ilə Azərbaycanı birləşdirməkdir” 

“Bu günlərdə Ermənistana rəhbərlik edən qrupun Türkiyə-Azərbaycan tandeminə “koridor” verilməsi məsələsini gizli şəkildə müzakirə etməsi artıq təsdiqlənmiş faktdır”.

Musavat.com xəbər verir ki, bu sözləri yazan erməni revanşist politoloq Varujan Geqamyandır.

“Əslində, bu planın elə bir formada həyata keçirilməsi üçün variant axtarılır ki, bu, Sünikin mərhələli şəkildə nəzarətə götürülməsini təmin etsin, lakin erməni ictimaiyyətinin müqavimətinə səbəb olmasın.

Şübhə etmirəm ki, yaxın zamanda bu mövzu ətrafında yeni proseslər baş verəcək.

Ümumiyyətlə, Türkiyə və Azərbaycan “koridor” layihəsini - yəni Süniki nəzarət altına alma planını həyata keçirmək səylərindən əl çəkmir. Məqsəd isə dəyişməz olaraq qalır: Türkiyə ilə Azərbaycanın quru sərhədlə birləşdirilməsi”, - deyə Geqamyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR