İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan prezidenti 483 məhkumu əfv edib – 25-i əcnəbidir

Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev cəza çəkən, törətdiyi əməldən ürəkdən peşman olan və islah yolunu qətiyyətlə tutmuş məhkumların əfv edilməsi haqqında fərman imzalayıb.

Musavat.com upl.uz saytına istinadla xəbər verir ki, əfv fərmanı ölkə konstitusiyasının qəbulunun 32-ci ildönümünün qeyd olunması ilə bağlı verilib və cəzaçəkmə müəssisələrində cəza çəkən 483 nəfərə şamil edilib.

Əfv haqqında qərar törədilmiş cinayətlərin ağırlığı, məhkumların cəzalarını çəkərkən davranışları, habelə normal həyata qayıtmaq istəyi nəzərə alınaraq qəbul edilib. O cümlədən, aşağıdakılar əfv edilib:

-107 nəfər cəzadan tamamilə azad edilib;
- 275 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib;
- 7 nəfərə daha yüngül cəza təyin ediləcək;
- 94 məhkumun cəzası azaldılıb.

Əfv olunanlar arasında həm yeniyetmə yaşlarında cinayət törətmiş gənclər, həm də yaşlı nəslin nümayəndələri var. Ölkədə cəza çəkən qadınlara və əcnəbi vətəndaşlara xüsusi diqqət yetirilib. O cümlədən 25 xarici ölkə vətəndaşı, 32 qadın, 60 yaşdan yuxarı 5 kişi, 274 yaşı 30-a qədər (onlardan 104-ü yetkinlik yaşına çatmayan), habelə fəaliyyəti qadağan edilmiş təşkilatların fəaliyyətində iştirak etmiş 6 nəfər əfv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR