İnsanlara hürriyət, millətlərə istiqlal!

Oyunun ən pisi seçildi

Məlum olduğu kimi, dünən İspaniya La Liqasının 10-cu turunun mərkəzi qarşılaşmasında Madridin "Real" klubu doğma "Santyaqo Bernabeu" stadionunda "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.

Milli.Az xəbər verir ki, "Marca" nəşrinin oyun sonrası qiymətləndirməsinə əsasən, kataloniyalıların 18 yaşlı hücumçusu Lamin Yamal görüşün ən zəif oyunçusu seçilərək 4 xal alıb.

İngiltərəli ulduz Cud Bellinqem isə 9 xalla oyunun ən yaxşı futbolçusu adını qazanıb.

Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 27 xalla "Real Madrid" başçılıq edir, 22 xalı olan "Barselona" isə ikinci pillədə qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR