Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov paytaxt Kabildə Qızılbaş icması ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə "Qızılbaş Qlobal İrs" təşkilatının kommunikasiya moderatoru, araşdırmaçı Vahid İbayev sosial şəbəkədə yazıb.
"Səfir İlham bəy Əfqanıstanın ilk Azərbaycandilli məktəbi "Əfşar Ulduzu" Tədris Mərkəzinin müəllim və şagird kollektivi ilə görüşü baş tutub. Səfir məktəbin Azərbaycan dili dərsinin tədris prosesi ilə yaxından tanış olub və məktəbə Azərbaycan dili dərsliklərini təqdim edib.
Qızılbaş icması Azərbaycan bayrağının təsvir olunduğu əl işi xalçanı Səfirliyə hədiyyə edib. Sözügedən xalçanın müəllifi isə Azərbaycan bölməsinin şagirdi Həyatullah Əfşardır", - paylaşımda deyilir.
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ