İnsanlara hürriyət, millətlərə istiqlal!

Övladını itirən aparıcı: "5 illik həsrətdən sonra..." - VİDEO

ARB telekanalının aparıcısı Aynur Bağırova azyaşlı qızı Sevginin vəfatından danışıb.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, o "Xəbərin var?" verilişinə müsahibəsində qızının 5 illik həsrətdən sonra dünyaya gəldiyini deyib.

Danışarkən göz yaşlarını saxlaya bilməyən aparıcı övlad itkisnin çox böyük dərd olduğunu vurğulayıb:

"Bir dəfə ona dedim ki, Sevgi cənnəti görməmişəm. Amma səndən cənnət qoxusu gəlir. Kaş deməzdim. Mənim üçün təqvimdə 8 rəqəmi yoxdur. Övladlarımın ikisini də 8-i tarixlərində axşam saat 11-00-də itirdim. Mən onunla xəstəxanada heç vaxt şəkil çəkdirməmişdim. Son əməliyyatı zamanı onunla şəkil çəkdirdim. Sosial şəbəkədə paylaşdım ki, hər ağızda bir dua var. Balam üçün dua edərlər. Bu onunla son şəkilim oldu. Sevgi 5 illik həsrtədən sonra dünyaya gəlmişdi. Mənim ürəyim kül olub".

Xatırladaq ki, aparıcının 2 yaşlı övladı uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. Sevgi əkiz qardaşı ilə dünyaya gəlib. Lakin doğulanda qardaşı vəfat edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR