Onlayn ictimai-siyasi qəzet
Evinin eyvanından yıxılaraq həyatını itirən müğənni Güllü son mənzilə yola salınıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərhum sənətçinin dəfninə ailəsi və yaxınları ilə yanaşı, Murat Kurşun, Cansever, Killa Hakan, Kobra Murat və Yener Çevik kimi məşhurlar qatılıb.
Lakin sənət camiəsindən gözlənilən izdiham yaşanmayıb. Bir çox məşhur sima dəfn mərasiminə çələng göndərməklə kifayətlənib.
Müğənni Hilal Cebeci Güllünün dəfninə çələng göndərən menecerlərə sərt sözlərlə etiraz edib. O qeyd edib:
“İndi “Instagram”da Güllünün dəfn mərasimini gördüm. O menecerlər var ha, sizlər... Böyük-böyük çələnglər göndərmisiniz. Güllüyə çələng göndərməyə nə haqqınız var? Bir dəfə olsun ona iş verdinizmi? Yox! Öz sənətçilərinizi qoruyub, işi monopoliyaya çevirmədinizmi? Misilsiz səsə sahib Güllüyə bir dəfə olsun imkan yaratdınızmı? İndi isə sadəcə görüntü olsun deyə çələng göndərmisiniz.
Mən sizin kim olduğunuzu çox yaxşı bilirəm. Tərbiyəsizlər, zəiflər! Hamınızı ifşa etmək istərdim, amma siz buna dəyməzsiniz. Kim olduğunuzu özünüz yaxşı bilirsiniz. İnsanlara yaşadıqları vaxtda dəyər vermirsiniz, amma öləndən sonra utanmadan dəfnlərinə gedirsiniz, çələng göndərirsiniz. Tərbiyəsizlər!”
Xatırladaq ki, 51 yaşlı müğənni Güllü bir neçə gün öncə Çınarcıkdakı evinin eyvanından yıxılaraq həyatını itirib.
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ