Onlayn ictimai-siyasi qəzet
“Ermənilərin ən böyük faciəsi bu vəziyyətə birbaşa cavabdeh olan elitalarıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Alternativ layihələr” qrupunun üzvü, siyasi şərhçi Vahe Ovannisyan öz feysbuk səhifəsində yazıb.
“Bizim (erməniləri nəzərdə tutur - red.) strateji primitivliyimiz bütün fəlakətlərimizin əsasını təşkil edir.
Yaxın Şərqdə və yaxın regionumuzda yeni gərginlik və partlayış təhlükəsi, bütün qonşuların və düşmənlərin aktiv təmasları, onların davam edən açıq və kölgə danışıqları... Velosiped, haşlama (buğlama) və şeir şənliyi, tətildən yavaş-yavaş qayıdan müxalifət və ümumiyyətlə plansızlıq. Biz artıq Cənubi Qafqazın mənasız və ümidsiz əlavəsi rolumuza alışırıq. İndiki kollektiv vəziyyətimizi buğlama milləti adlandırmaq olar”, - deyə Ovannisyan bildirib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ