İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il qeyri-qanuni miqrasiya ABŞ-yə 150,7 milyard dollara başa gəlib - Maskın ofisi

2023-cü ildə ABŞ-yə qeyri-qanuni miqrasiyadan dəyən zərər 150,7 milyard dollara çatıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə amerikalı milyarder, prezident Donald Trampın administrasiyasında mühüm vəzifə tutması gözlənilən İlon Maskın ofisi X sosial şəbəkəsində bildirib.

O, həmçinin müqayisə edərək bildirib ki, inflyasiyaya uyğun olaraq, I dünya müharibəsi 334 milyard dollara, “Apollon” kosmik proqramı isə 257 milyard dollara başa gəlib.

Panama kanalının tikintisinə cəmi 15,2 milyard dollar xərcləndiyini yazan ofis diqqəti qeyri-qanuni miqrantların ABŞ-yə necə ziyan vurduqlarını cəmləməyə çalışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR