İnsanlara hürriyət, millətlərə istiqlal!

Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar

XIX əsrdə rusiyalı yazıçılarının yaratdığı əsərlər dünya mədəniyyəti xəzinəsinə daxil olub. Onların arasında Aleksandr Puşkin və Lev Tolstoy xüsusilə seçilir. Məhz Puşkin Rusiyada bədii üslub kimi realizmin yaradıcısı hesab olunur. Vətənin tarixini diqqətlə öyrənən şair bir neçə tarixi əsər qələmə alıb. Onun yaratdığı əsərlər başdan-başa xalqa məhəbbət və hörmət ruhunda olmaqla bərabər, dünya ədəbiyyatının şah əsərləridir.

Выставка-Пушкин-и-Толстой.-К-225-летию-А.С.-Пушкина.jpg (168 KB)

Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan L.Tolstoyun da yazdığı “Hərb və sülh”, “Anna Karenina” “İnsanı yaşadan nədir” əsərləri realist roman janrının ən yaxşı nümunələri hesab olunub.
Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərib. Amma heç kim bilmirdi ki, onların ailəsindən olan şəxslər Adolf Hitlerin başçılıq etdiyi nasist rejiminə qoşulanların siyahısında olacaq.

Böyük rus şairinin nasist zabiti olan nəticəsi

Puşkinin dörd rəsmi övladı olub. Natalya adlı kiçik qızı ilk evliliyindən sonra Merenberq sülaləsindən olan almanla evlənmək qərarına gəlib. Onlar Lüksemburqda taxt-tac uğrunda uzun müddət mübarizə apardıqları üçün məşhurlaşıblar. Şairin nəvəsi Qraf Qeorq-Nikolay von Merenberq (Georqi Nikolayeviç) I dünya müharibəsinin iştirakçısı olsa da, döyüşlərdə olmayıb.

nass-2.jpg (58 KB)

Özü də ruslara qarşı döyüşə göndərilməsin deyə ərizə yazıb. Lakin Puşkinin nəticəsi Georq-Mixael fərqli davranıb. Puşkinin nəvəsində alman qanından çox rus qanı olub. O, dəniz kənarında istirahət etmək üçün bir neçə dəfə Rusiyaya səfər edib. Bu və ya digər şəkildə o, özünü hələ də başqa ölkənin - Almaniyanın vətəndaşı hesab edib. Hitlerin partiyası hakimiyyətə gələndə o, hələ də orada yaşamaqda davam edib.

II dünya müharibəsi başlamazdan əvvəl Georq-Mixael zabit kimi Vermaxtın ordusuna çağırılıb. O, aviasiya bölmələrinə xidmət edən quru qoşunların zabiti olub və Belarus ərazisində yerli partizanlarla döyüşərkən yaralanıb. 1944-cü ildə Yunanıstanın Paros adasına göndərilib və burada yerli qarnizonun komandiri olub. Həmin vaxt adada hərbi aerodrom tikilib, yerli sakinlər müxtəlif diversiyalar törədiblər.
16 may 1944-cü ildə İngiltərənin sualtı qayığı Tripiti kəndi yaxınlığında kapitan Anders Lassenin komandanlığı altında diversantlar dəstəsini quruya çıxarıb. Onlar Marpessada yerli partizanlarla birləşərək aerodrom komandirini ağır yaralayıblar və Prodromosda iki radiooperatoru öldürüblər. Aerodroma hücumu dəf edərkən almanlar 23 yaşlı partizan Nikolay Stellası əsir götürüblər.

O, yoldaşlarının adlarını açıqlamayıb və nəticədə insanların gözü qarşısında edam edilib. Bundan başqa, partizanlarla əməkdaşlığa görə girov götürülən 125 yerli sakini də eyni aqibət gözləyib. Georq-Mixael komendant təyin edildikdən sonra etdiyi ilk iş 125 girovun planlaşdırılan edamını öz məsuliyyəti ilə ləğv etmək olub.

Müharibədən sonra qraf ağır xəstələnib və depressiyaya düşüb. İngilis təyyarələri tərəfindən onların mənzili və atasının malikanəsi tamamilə dağıdılıb, ailə kirayə evə köçməyə məcbur olub. 1965-ci ildə qraf 67 yaşında Almaniya ərazisində yerləşən Maynsda ölüb. Georq-Mixaelin ölümü ilə qraf fon Merenberqin nəsli də tarixə qovuşub.

Ruslardan qisas alan Lev Tolstoyun nəvəsi

scale_1200 (2).png (255 KB)

Lev Tolstoyun nəvəsi İvan (atası Mixail), demək olar ki, bütün həyatını Fransada sürgündə keçirib. Yetkinlik yaşına çatanda onu vətənindən məhrum edən sovet quruluşuna nifrət hissi yaranıb.

Nasistlərin Fransa torpağına gəlişi ilə yazıçının nəvəsi könüllü olaraq bolşeviklərə qarşı döyüşmək üçün legiona qoşulub.

İvan döyüş zamanı mövqeyini tərk etdiyi üçün fərari hesab olunub. Almaniya ordusunda fərarilər edam edilirdi. Lakin onun saxlanılmasından sonra hansı hadisələrin baş verdiyi barədə məlumat yoxdur. Yalnız ölüm ili məlumdur. O, 1982-ci ildə ABŞ-da vəfat edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR