İnsanlara hürriyət, millətlərə istiqlal!

Osmanlının kökü Azərbaycandan, Muğan bölgəsindəndir - Türkiyə professorundan ŞOK AÇIQLAMA - VİDEO

 

Türkiyənin tanınmış tarix professoru Tufan Gündüzün bir televiziya proqramında bir neçə il əvvəl söylədikləri sosial mediada sürətlə yayılmaqdadır.

Musavat.com xəbər verir ki, xüsusən də sosial medianın Azərbaycan seqmentində tirajlanan bu açıqlama özündə maraqlı məzmunu iddia edir.

Professor Tufan Gündüz tarixi məxəzlərə istinad edərək, bildirir ki, Osmanlı dövlətinin qurucusu olan ailə, Süleyman şah başda olmaqla, əslində, Azərbaycanın Muğan bölgəsindən köç edib. Anadolunun fəthindən əvvəl bütün türkmən topluluqları məhz Azərbaycandan hərəkətə başlayıblar. Öncə İraq, Suriya, daha sonra isə Anadolu fəth olunub. Professor Azərbaycanı türkmən deposu adlandırır. Professor bütün bu açıqlamalarının tarixdən arqumentlərlə gücləndirir.

Tufan Gündüz 11 may 1964-ci ildə Kayserinin Tomarza şəhərində dünyaya gəlib. O, ali təhsilini Qazi Universitetində alıb, 1987-ci ildə universitetin tarix müəllimliyi fakültəsini bitirib. Tufan Gündüz, 1996-ci ildə "Bozulus Türkmənləri 1540-1640" adlı  doktorluq dissertasiyasını  tamamlayaq müdafiə edib. 2006-ci ildə dosent, 2011-ci ildə professor adı alan Tufan Gündüz, hal-hazırda Türkiyə Hərbi Akademiyasının dekanıdır.

Tufan Gündüz türkmənlər haqqında bir çox akademik araştırmalar aparıb. Bunda başqa professorun Osmanlı və Səfəvilər dövlətləri haqqında bir neçə kitabı çap edilib.

Sizi professorun çox maraqlı açıqlamasını dinləməyə dəvət edirik.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR