İnsanlara hürriyət, millətlərə istiqlal!

Öskürək şərbətinin güdazına gedən nazir - Özbəkistanda 19 uşaq dərmandan ölüb

Hindistan istehsalı olan Doc-1 Max şərbətini qəbul edən 19 uşağın ölməsinə görə Özbəkistanın Səhiyyə Nazirliyinin və Əczaçılıq Agentliyinin rəhbərləri işdən çıxarılıb.

Musavat.com Özbəkistan mediasına istinadla xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyayev Əczaçılıq Agentliyinin rəhbəri Sardor Kariyevi və səhiyyə naziri Behzod Musayevi vəzifələrindən azad edib.

Prezidenti "Doc-1 Max" dərmanının qəbulu nəticəsində uşaqların ölümü ilə bağlı vəziyyəti sərt tənqid edib. “Uşaqların ölümü bu sferanın vəziyyətini, nəzarətin olmadığını göstərdi. Bütün məsul şəxslər qanun qarşısında cavab verəcək”, - deyə prezident bildirib.

 Özbəkistanın səhiyyə naziri postunu tərk edən Behzad Musayevin yerinə onun birinci müavini Əmrillo İnoyatov təyin edilib.

Qeyd edək ki, dekabrın ortalarında Səmərqənd rayonundakı regional uşaq tibb mərkəzinin direktoru Doc-1 Max tabletləri və şərbət qəbul edən xəstələrin fəsadları və ölümləri barədə məlumat verib. Onun sözlərinə görə, son iki ayda 21 xəstə ağırlaşma şikayəti ilə daxil olub. 17 uşaqda xəstəlik son dərəcə ağır keçib, onlardan 15-i dünyasını dəyişib.

Özbəkistan Səhiyyə Nazirliyi Hindistanın "Marion Biotech" şirkətinin SARS "Doc-1 Max" dərmanını qəbul etdikdən sonra 18 uşağın öldüyünü təsdiqləyib. Tibbi ekspertizanın materialları hüquq-mühafizə orqanlarına təhvil verilib. Dərmanın tərkibində zəhərli maddə - etilen qlikol aşkar edilib.

Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti SARS-a qarşı hind dərmanından 18 uşağın ölümündən sonra cinayət işi açıb.

Özbəkistanda uşaqların kütləvi ölümündən sonra Hindistanda "Doc-1 Max" şərbətini istehsal edən şirkətə qarşı istintaq başladılıb.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR