Onlayn ictimai-siyasi qəzet
"Keçid dövrünün baş naziri postuna ən uyğun namizəd Baqrat Srbazandır".
Musavat.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Robert Kçaryanın yaxın adamı Vardan Oskanyan deyib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ermənistanın paytaxtı İrəvanın mərkəzində yenidən etiraz aksiyası başlayıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd edilir ki, “Vətən uğrunda Tavuş” müxalifət hərəkatı “Azatutyan” prospektində yolun bir hissəsini bağlayıb.
Əlavə olaraq, İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi tətilə başlayıb. Onlar müxtəlif fakültələrə daxil olaraq digər tələbələri tətilə qoşulmağa çağırırlar.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ