İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oreo” beynəlxalq QALMAQAL yaratdı

Onlarla Skandinaviya şirkəti Ukraynadakı işğalçı savaşa rəğmən, Rusiya bazarını tərk etməkdən vaz keçən ABŞ-ın şirniyyat məmulatları istehsalçısı “Mondelez International” şirkətini boykot edib. Şirkət “Oreo”, “Mars”, “Alpen Gold, “Milka”, “Toblerone”, “Barny”, “Halls”, “Tuc” və s. kimi brendlərin sahibidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, SAS və “Norwegian Air” hava yolları, SJ dəmir yolu qrupu, “Strawberry” hotellər şəbəkəsi, “Elkjop” pərakəndə satış şəbəkəsi, “Fjord Line” gəmiçilik qrupu, Norveç Futbol Assosiasiyası və başqaları “Mondelez”ə qarşı korporativ boykota qoşulub.

Məlumata  görə, ABŞ korporasiyası yerli şokolad istehsalçıları “Freia” və “Marabou” vasitəsilə Norveç və İsveçdə güclü mövqelərə malikdir. Boykot fonunda şirkət yerli biznesini qorumaq üçün iyunun 11-də Norveç hökumətinə müraciət edib.

Bu ilin may ayında “Mondelez International” Rusiyada işləməyə davam etdiyi üçün Ukraynanın “beynəlxalq müharibənin sponsorları” siyahısına daxil olunub. Rusiyada şirkətin 3 zavodu - “Bolşevik” fabriki, Pokrovdakı istehsalat obyekti və Velikiy Novqoroddakı fabriki fəaliyyət göstərir. 2022-ci ilin sonunda “Mondelez”in Rusiyadakı mənfəəti 339 milyon dollar təşkil edib, şirkət Rusiya büdcəsinə 61 milyon dollar vergi ödəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR