Onlayn ictimai-siyasi qəzet
“2022-ci ilin sentyabr döyüşləri Ermənistan hakimiyyəti üçün proqnozlaşdırılmamışdı, üstəlik, bildiyimə görə, həmin vaxt Azərbaycan qoşunlarının irəliləməsi əvvəlcədən qeydə alınmayıb və ya o qədər də təhlükəli sayılmayıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin müxalif “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan tərəfindən feysbuk səhifəsindəki statusunda yer alıb.
“Azərbaycanın cəbhə xəttində apardığı infrastruktur işləri ona cəbhə xəttini maksimal şəkildə təchiz etmək imkanı verib. Bu, həm də kəşfiyyat üçün problem sayılır. Bu günlərdə cəbhə xəttinin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun hərəkətlərinin güc nümayişi, hədə-qorxu gəlmə vasitəsi olduğuna və ya konkret əməliyyatlara başlayıb-başlamayacağına qərar vermək çətindir”, - deyə Abramyan qeyd edib.
O, Ermənistan hərbi rəhbərliyinin əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycan ordusunun hərəkətləri barədə kifayət qədər məlumatlı olduğunu iddia edib.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ