İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbandan TƏHDİD DOLU açıqlama - Ukrayna Macarıstanın maraqlarına zidd hərəkət etsə...

Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq və yenidən Rusiya ilə Şimali Atlantika Alyansı arasında bufer zona rolunu oynayacaq.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O həmçinin vurğulayıb ki, Ukrayna əgər Macarıstanın maraqlarına zidd addımlar atarsa, Aİ-yə üzv ola bilməyəcək.

Orbanın fikrincə, "əslində, bu müharibə Ukrayna uğrunda deyil, NATO və Rusiya arasında münaqişə zonasına çevrilmiş və hazırda NATO-nun nəzarətində olan “Ukrayna” adlı ərazi uğrundadır".

"Avropa və ABŞ-dakı liberallar niyə elə düşünürdülər ki, Rusiya kənardan baxıb bunu sakit şəkildə izləyəcək? Bu, hələ də sirr olaraq qalır. Artıq aydındır ki, onların cəhdi uğursuzluğa düçar oldu. Ukrayna və ondan geriyə qalanlar yenidən bufer zona olacaq. Ukrayna NATO-ya üzv olmayacaq", – deyə Orban qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR