İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq planı var.

“Report” xəbər verir ki, bunu “M” telekanalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

Martın 8-də Floridadakı malikanəsində Trampla görüşən Macarıstan hökumətinin başçısı əlavə edib: “Onun bu müharibəni bitirmək üçün kifayət qədər ətraflı planları var, lakin bu planların mahiyyəti haqqında danışmaq səlahiyyətinə malik deyiləm”.

O qeyd edib ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürən keçmiş Amerika lideri Donald Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR