İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: “Bakıya sanksiyalar tətbiq edilə bilməz”

Macarıstanın baş naziri Orban Qarabağda baş verən hadisələrə görə Azərbaycana qarşı hər hansı sanksiya tətbiq edilməsinin əleyhinə çıxış edib.

Musavat.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Azərbaycanın Avropa İttifaqının enerji müstəqilliyini qorumaq üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, assosiasiya Qarabağdakı əməliyyatdan sonra Bakıya qarşı heç bir məhdudlaşdırıcı tədbir tətbiq edə bilməz.

"Azərbaycan əsas ölkədir, Azərbaycansız biz enerji müstəqilliyinə malik ola bilmərik", - Orban qeyd edib.

O, əlavə edib ki, Azərbaycandan qaz tədarükü olmadan Aİ Rusiyanın enerji resurslarından asılılığını azalda bilməyəcək.

Bundan əvvəl bir sıra Avropa parlamentarları ölkələri Azərbaycandan qaz almaqdan imtina etməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR