İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oqtayın övladlarının Dilarəyə dəstək olmalarına heyranam”

Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev ötən gün yaşanan faciə ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bunları qeyd edib:

“Fikirlərimə necə başlayacağımı, nə yazacağımı bilmirəm, çox çətinlik çəkirəm. Hələ də qarışıq fikirlər içindəyəm. Zəng vurub, yazıb başsağlığı verən, yanımızda olub bizi tək qoymayan hər kəsə öz adımdan, Oqtayın doğmaları adından təşəkkürümü bildirirəm. Var olun. Belə faciəli hadisəni qaldırmaq çox çətindir, çox. İnanılmaz həyatsevər, pozitiv, peşəkar və olduqca dostcanlı, ailəcanlı bir doğmanı bir anda itirməyin ağrısı heç bir ifadəyə sığmır.

Oqtayın övladlarının bu vəziyyətdə belə inanılmaz gücə, iradəyə, Dilarəyə necə dəstək olmalarına heyran olmamaq mümkün deyil. Allah Mehriban xanıma şəfa versin. Ailə üzvümüz qədər yaxındır bizə”.

Qeyd edək ki, “SOY” prodakşnın rəhbəri Oqtay Əliyev ötən gün Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR