Onlayn ictimai-siyasi qəzet
Bu gündən 8 OPEK+ ölkəsi hasilatı sürətli artırmağa başlayır.
Musavat.com xəbər verir ki, onların may ayında hasilatı gündəlik 411 min barel artıracağı gözlənilir.
Hasilatı 2,2 milyon barel könüllü azaltmış olan Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt aprel ayından tədricən istehsalı bərpa etməyə başlayıblar. Aprel ayı üçün hasilatın artım planı artıq hasilata görə kompensasiya nəzərə alınmadan sutkada 138 min barel təşkil edib.
May ayında hasilatın artımının sutkada 135 min barel olması planlaşdırılırdı. Lakin aprelin 3-də OPEC+ “səkkizliy”in iclasında neft hasilatının artımının sutkada 411 min barelə çatdırılması barədə qərar qəbul edilib ki, bu da onun artırılması üçün üç aylıq plana bərabərdir. Mayın 5-də keçiriləcək iclasda iyunun istehsal planı ayrıca müzakirə olunacaq.
Əlcəzairdən başqa bütün ölkələr hasilatı azaltmaq planına tam əməl etdədiklərinə görə indi həm də artıq hasilatı kompensasiya edirlər. Son cədvələ görə, 2025-ci ilin aprelindən 2026-cı ilin iyununa qədər olan dövrdə kəsilməmiş hasilatın sutkada 4,572 milyon barelini kompensasiya etməlidir.
May ayı üçün kompensasiya planı hasilatın sutkada 378 min barel azaldılmasını nəzərdə tutur. Beləliklə, bu kompensasiya nəzərə alınmaqla, 8 OPEC+ ölkəsi may ayında neft hasilatını aprel ayı ilə müqayisədə sutkada 253 min barel artırmalıdır.
Qeyd edək ki, neft bazarı aprel ayını son 3 ildə görünməyən kəskin qiymət enişi ilə başa vurub. Hazırda neft qiymətləri 63 dollar təşkil edir. May ayından hasilatın artırılması bu qiymətlərin daha da azalmasını şərtləndirəcək.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ