İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onun Putinin tərəfinə keçməsi faciədir"

Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Tramp administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarını faciəvi adlandırıb və bunun qlobal mənfi nəticələrə səbəb ola biləcəyini deyib.

Şapps bu barədə X hesabında paylaşım edib.

"Azadlar evi" adlanan Amerika Birləşmiş Ştatlarının diktator Putinlə eyni tərəfdə olması faciəvidir. Bu, ABŞ-ın dünyadakı mövqelərini zəiflədir, Ukraynanın suverenliyini sarsıdır və dünyadakı digər aqressorlara cəsarət verir", - Şapps bildirib.

O, Rusiyanın qalib kimi çıxacağı hər hansı "sülh" ssenarisinin təhlükəli olduğunu qeyd edib və Ukraynanın müəyyən ərazilərini itirmək məcburiyyətində qalacağı halda bu prosesin NATO-ya sürətli üzvlüklə kompensasiya edilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Qrant Şapps 2023-2024-cü illərdə Britaniyada Rişi Sunak hökumətində müdafiə naziri vəzifəsini icra edib. /Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR