İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlarla Almaniya vətəndaşı Ukraynada Rusiyanın tərəfində döyüşürmüş

Almaniya Daxili İşlər Nazirliyi ilk dəfə olaraq Ukraynada cəbhədə döyüşən alman vətəndaşlarının sayı barədə məlumat yayıb.

Musavat.com xarici agetnliklərə istinadən xəbər verir ki, onlar əsasən Kremlin mövqeyini dəstəkləyən və Rusiyanın tərəfində vuruşan ekstremistlərdir.

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri alman mediası hərbi əməliyyatlarda iştirak etmək üçün gedən Almaniya vətəndaşları barədə yazır. Almaniya Daxili İşlər Nazirliyi bununla bağlı “Welt am Sonntag” qəzetinin sorğusuna cavab verib.

Qurumdan yayılan məlumata əsasən, söhbət ümumilikdə 61 nəfərdən gedir. Nazirliyin məlumatına görə, bu şəxslər “ekstremist istəklərini və ya siyasi motivli cinayətlərlə əlaqəsini açıq şəkildə nümayiş etdirirlər”.

Onlardan 39 nəfəri xüsusi olaraq “döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə ölkəni tərk etməkdə” şübhəli bilinir. Həmin şəxslərdən 27-si Rusiya, 12-si isə Ukrayna tərəfində döyüşür. Bundan əvvəl Almaniya mətbuatı Rusiya ordusunun hissələrinə qoşulmuş Almaniya vətəndaşlığı olan MDB ölkələrinin keçmiş vətəndaşları barədə məlumat yaymışdı.

Gedən Almaniya vətəndaşları arasında həm sağçı, həm də solçu ekstremistlər var. Nazirlikdən verilən informasiyaya görə, onların əksəriyyəti “yad ideologiyaların təsiri altındadır”. Bununla belə, müəyyən siyasi qruplara və hərəkatlara mənsubiyyətlə bağlı daha konkret faktlar müəyyən etmək mümkün deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR