Onlayn ictimai-siyasi qəzet
Rusiya heç vaxt “İstanbul razılaşmaları” əsasında Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib.
Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
“Ancaq bəzi müvəqqəti tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki olaraq paraflanan sənədlər əsasında danışıqlardan söhbət gedir. Moskva və Kiyev 2022-ci ilin martında İstanbulda münaqişənin həlli ilə bağlı razılığa gəliblər.
Razılaşmalar təkcə Rusiyanın strateji məğlubiyyətinə nail olmaq istəyən Qərbin əmri ilə qüvvəyə minmədi”.
Rusiya liderinin sözlərinə görə, ABŞ, Avropa və bəzi Avropa ölkələrinin elitaları arasında Rusiyanın strateji məğlubiyyətinə nail olmaq istəyinə görə danışıqlar ləngiyib.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ