İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlara yüksək vəzifə verildi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni təyinatlar olub.

Agentlikdən verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin iki müvafiq əmri ilə Vəfa Yaqublu və Arslan Hacıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunublar.

Bildirilib ki, Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Təhsil Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrində çalışıb. Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR