İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onlar bu sözü Qarabağ fatehindən eşidiblər" - BUZ əriməyə başlayıb, tezliklə...

Ötən ilin avqustunda yaradılan Qərbi Azərbaycan İcmasının məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.

caa2cede-95c2-3857-885e-cd911da85a40_850.jpg (51 KB)

2022-ci il dekabrın 24-də isə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

dd0360fa-1bf8-3bd8-8c81-18aa24cf748e_850.jpg (136 KB)

Ölkə başçısının həmin görüş zamanı irəli sürdüyü "Qayıdış Konsepsiyası" ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu fikirləri səsləndirib:

"Mənim tövsiyələrim, yəni dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq".

37d67d84-6427-38c3-9441-6c60fa359b01_850.jpg (128 KB)

2 gün əvvəl Qərbi Azərbaycan İcmasında İcmanın rəhbər heyətində təmsil olunan ziyalılar və bir qrup alim, mütəxəssislə "Qayıdış Konsepsiyası" layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib.

33dcf7d7-577a-3677-8640-54169b5e7690_850.jpeg (94 KB)

Musavat.com Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərliyə İcmanın fəaliyyəti ilə bağlı bir neçə sual ünvanlayıb.

50174fc3-315d-3236-a308-fdb1e8fed8c8_850.jpg (90 KB)

Müsahibəni təqdim edirik:

- Əziz bəy, Qərbi Azərbaycan İcması Zəngəzura, Göyçəyə, İrəvana qayıdış yolunda hansı işləri görür?

- Qərbi Azərbaycan İcması yoxdan var olan bir təşkilat deyil, 1989-cu ildə yaradılan, dövlət qeydiyyatı ilə 33 il rəsmi fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında yaradılan bir təşkilatdır və Qərbi Azərbaycana qayıdış ideyası bu təşkilatın həmişə baş ideyası olub. Bunu Cəmiyyətin özünün də, onun mətbu orqanı olan "Vətən səsi" qəzetinin o vaxtkı fəaliyyətindən də aydın görmək olar. Artıq bu gün Qərbi Azərbaycan İcması olaraq biz bu ideyanı daha ardıcıl, daha sistemli şəkildə irəli aparmaqda, tək sonuncu deportasiya zamanı yox, son 200 ildə ermənilərin tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda xalqımıza qarşı törətdiyi cinayətlərə tarixi-siyasi və hüquqi qiymət verilməsi kontekstində işimizi davam etdirməkdə qərarlıyıq. Bizim bütün fəaliyyətimiz 3 istiqamət üzrə gedir və gedəcək. Birincisi, son 200 illik Qərbi Azərbaycan həqiqətlərini faktlar, sənədlər, sübutlar üzrə öyrənmək. İkincisi, bu həqiqətləri daxili və xarici auditoriyaya çatdırmaq. Üçüncüsü, xalqımıza qarşı son 200 ildə törədilmiş bütün cinayətlərə görə bu cinayətləri törədən erməni millətçilərinin, Ermənistan dövlətinin məsuliyyət daşımasına nail olmaq. Təbii ki, son hədəfimiz tarixi torpaqlarımıza o torpaqların əzəli və əbədi sakinləri kimi dinc yolla qayıtmaqdır.

2021-01-09_125911.jpg (140 KB)

- "Qayıdış Konsepsiyası" layihəsi ilə bağlı ən çox hansı təkliflər olunur?

- Təkliflər həddən artıq çoxdur. Bu da normaldır. İllərdən bəri insanların içində qubar bağlamış vətən həsrətinin buzu birdən-birə gün işığına çıxıb və bu buz əriməyə başlayıb. Prezident İlham Əliyevin öz doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlməsi, buradakı möhtəşəm çıxışı hər kəsdə ata-baba ocaqlarına qayıdacaqlarına sonsuz inam yaradıb. Bəlkə də insanlar "Biz mütləq qayıdacağıq" kəlməsini sıradan bir dövlət başçısının dilindən eşitsə idilər, onlarda bu qədər coşğu yaranmazdı, amma onlar bu sözü Qarabağ və Şuşa fatehi olan Müzəffər Ali Baş Komandandan eşidiblər və onlar üçün artıq bu, kifayətdir. Hamı bilir ki, cənab Prezident "Biz qayıdacağıq" deyirsə, demək, yüz faiz biz ata-baba yurdumuza qayıdacağıq. O ki qaldı ən çox səslənən təkliflərə, belə təkliflər sırasında Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı Qanuna yenidən baxılması, Qərbi Azərbaycan Muzeyinin yaradılması, Bakıda Deportasiya qurbanları abidə-kompleksinin ucaldılması və Deportasiya Gününün təsis edilməsi məsələlərini xüsusi qeyd etmək olar və daha yüzlərlə təklif.

2021-01-27_090818.jpg (112 KB)

- Qərbi Azərbaycan İcması Azərbaycan hökumətindən Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinə köməklik göstərməyi xahiş edib. Reaksiya necədir?

- Azərbaycan bütün dünya azərbaycanlılarının yeganə dövlətidir və bu dövlət də dünyadakı azərbaycanlıların hər birinin hüquq və azadlıqlarının müdafiəsində dayanmağı özünə borc bilir. Cənab Prezidentimiz öz çıxışlarında da bu məsələyə münasibətini bildirib. O cümlədən Qərbi Azərbaycan məsələsi də tək qərbi azərbaycanlıların yox, bütün dünya azərbaycanlılarının məsələsidir. Mən dəfələrlə demişəm, Qərbi Azərbaycan əlahiddə bir region deyil, o, təkcə İrəvan xanlığının ərazisindən ibarət bir bölgə də deyil, bu gün "Ermənistan" adlanan bu ərazi son qarışına qədər tarixi Azərbaycan torpağıdır və bura İrəvan xanlığının ərazisi ilə yanaşı, Qarabağ xanlığının Qərbi Zəngəzur ərazisi, Naxçıvan xanlığının Dərələyəz mahalı, Gəncə xanlığının Şəmşəddil sultanlığı, Dilican və Qaraqoyunlu dərələri, Borçalının dağlıq hissəsi olan Loru mahalı və digər Azərbaycan torpaqları da daxildir. Buna görə də biz, Qərbi Azərbaycan İcması olaraq, müraciətimizdə öncə Azərbaycan Respublikası hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkürümüzü bildirdik, sonra da vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına, oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə bundan sonra da köməklik göstərməyi xahiş etdik.

7dcd60e7-86a8-3585-ade8-d946952bac8f_850.jpg (57 KB)

Bəli, biz bunu Azərbaycan dövlətindən istədik, çünki bu dövlət bizim hamımızın dövlətidir və cənab Prezident İlham Əliyevə qaçqınlarımızın Qərbi Azərbaycana qayıdış məsələsini dövlət siyasəti səviyyəsinə qaldırmasına görə sonsuz təşəkkürümüzü bildiririk. Biz eyni zamanda BMT üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi, kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi də xahiş etmişik. Bu da onların borcudur. 30 il ərzində Azərbaycan həqiqətlərinə kor olan, erməni cinayətlərinə göz yuman bu təşkilatlar heç olmasa Qərbi Azərbaycan qaçqınlarının məsələsində ədalət nümayiş etdirməklə günahlarını yuya bilərlər.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR