İnsanlara hürriyət, millətlərə istiqlal!

Önderin yatdığı xəstəxananın qarşısında asılmış plakatlar diqqət çəkdi - FOTOLAR

Türkiyənin DEM Partiyasının (Xalqların Bərabərlik və Demokratiya Partiyası) İstanbuldan millət vəkili və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Sırrı Süreyya Önder 12 gündür xəstəxanada malicə alır.

Musavat.com xəbər verir ki, ürək problemi səbəbilə Şişli bölgəsində özəl bir xəstəxanaya yerləşdirilən Önderin vəziyyətinin stabil olduğu bildirilib.

Süreyya Önderin tezliklə sağalması üçün edilən arzular və dəstək mesajları xəstəxananın qarşısına asılan afişalarda öz əksini tapıb.

Xəstəxananın qarşısındakı hasarlara asılan bir pankartda isə "Sən hamımızın atasısan, müqavimət göstərmək məcburiyyətindəsən" sözləri yer alıb və bu mesajlar ictimaiyyətin diqqətini çəkib.

Aytən Novruz
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR